Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Putin sülh istəmir, o, yeni hücuma hazırlaşır" - Stoltenberq

Rusiya prezidenti Vladimir Putin sülh istəmir, o, Ukraynada yeni hücuma hazırlaşır.

Pressklub.az UNİAN-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellə birgə mətbuat konfransında Putinin Federal Məclisdə mesajını şərh edərkən deyib.

"Bu gün gördüyümüz odur ki, prezident Putin sülhə hazırlaşmır, o, müharibəyə, yeni hücumlara hazırlaşır. O, Ukraynaya daha çox qoşun və daha çox silah göndərməyə hazırlaşır", - Stoltenberq bildirib.

O, bir daha Ukraynanı dəstəkləməyin vacibliyini vurğulayıb.

“Ona görə də, biz Ukraynanı dəstəkləməliyik, çünki bu, Ukrayna üçün faciə olacaq. Eyni zamanda, Putinin Ukraynada qalib gələcəyi təqdirdə, bu, hamımız üçün təhlükə olacaq”, - Stoltenberq əlavə edib.