Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin SSRİ ilə bağlı ŞOK QANUN imzaladı

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində SSRİ ilə nasist Almaniyasını ictimai şəkildə eyniləşdirməyə görə cəriməni nəzərdə tutan qanunu imzalayıb.

Qanuna görə, İkinci Dünya Müharibəsi illərində Almaniya və Avropa ölkələrinə, habelə faşist Almaniyasının məğlub edilməsində sovet xalqının həlledici rolunu və Avropa ölkələrinin azad edilməsində SSRİ-nin humanitar missiyasını inkar edənlər cəzalandırılacaqlar.

Qanunu pozan fiziki şəxslər üçün 5 min rubla qədər cərimə və ya 15 günə qədər həbs nəzərdə tutulur. Vəzifəli şəxslər 2000-dən 4000, hüquqi şəxslər isə 10 mindən 50.000 rubla qədər cərimələnəcək.

Təkrar pozuntular daha sərt olacaq. Fiziki şəxslər 2,5 mindən 5 min rubla qədər cərimə, əlavə olaraq 15 günə qədər həbs tətbiq oluna bilər. Vəzifəli şəxslər üçün 5000 rubldan 20.000 rubla qədər, hüquqi şəxslər üçün isə 50.000 rubldan 100.000 rubla qədər cərimə və ya 90 günə qədər fəaliyyətin inzibati dayandırılması göstərilir.