Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin: “Qarabağ Azərbaycandır”

Çərşənbə axşamı Vladivostokda keçirilən Şərq İqtisadi Forumun plenar iclasında Rusiya prezidenti Vladimir Putin Qarabağ nizamlanmasının tarixinə toxunub.

"Biz öz nizamlanma variantlarımızı təklif etdik, nəyi gizlədək ki, mənə elə gəlir, bu, hamıya yaxşı məlumdur. Məlum Ermənistan-Azərbaycan münaqişəsindən sonra Ermənistan öz nəzarəti altına aldığı 7 rayona nəzarət edirdi. Biz Azərbaycanla elə şəkildə razılığa gəlməyi təklif etdik ki, 2 rayon – Kəlbəcər və Laçın rayonları faktiki olaraq Ermənistanın yurisdiksiyası altında qalsın. Və bütün Qarabağ. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz erməniləri onilliklər, 10-15 il ərzində razı salmağa çalışdıq", - Putin deyib.

“Ermənistanda nə edəcəyiniz sualına” cavab verirdilər ki,  "mübarizə aparacağıq". Sonunda indiki vəziyyət yarandı. Ancaq məsələ ancaq son münaqişənin nəticələrində deyil. Məsələ bir də bundadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə  Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”, - Putin deyib.

Praqa bəyanatında bu, sadəcə, kağız üzərində əksini tapıb. İndi prezident Əliyev mənə deyir: “Axı siz  bilirsiniz ki, Ermənistan Qarabağın bizim olduğunu tanıyıb,  Qarabağın statusu məsələsi artıq gündəmdə yoxdur, o həll olunub”.

Ermənistan rəhbərliyi açıq şəkildə bildirib ki, Azərbaycan SSR-in 1991-ci ilə qədərki ərazisini tanıyır və Qarabağın özünün də daxil olduğu rəqəmi açıqlayıb. Bu, bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır", - Putin deyib.

Azərbaycanda deyirlər ki, əgər Rusiya kömək etmək istəyirsə, Qarabağla bağlı bütün məsələlər Bakı ilə ikitərəfli əsasda həll olunmalıdır.

"Biz nə deyə bilərik? Burada deyiləcək bir şey də yoxdur. Əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, Qarabağın statusunu Ermənistan özü müəyyənləşdirib", -  Putin bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, humanitar və Rusiya sülhməramlılarının mandatı ilə bağlı digər məsələlər də var. "Bu, doğrudur. Mandat hələ də qüvvədədir, humanitar xarakterli məsələlər isə, orada hansısa etnik təmizləməyə yol verilməməsi, əlbəttə ki, qalır. Mən bununla tamamilə razıyam. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi hər zaman bizə dediyi kimi və indiyədək də deyirlər, heç bir etnik təmizləmədə maraqlı deyil",- Putin vurğulayıb.

[video width="800" height="416" mp4="http://pressklub.az/wp-content/uploads/2023/09/2023-09-12-at-13-40-06.mp4"][/video]