Putin açıq nüvə təhdidinə keçdi! - START-da iştirak dayandırılır, nüvə sınaqlarına hazırlıq başlayır
21 Fevral 2023
Ukrayna qarşı müharibədə istədiyini əldə edə bilməyən və tədricən uduzmağa doğru güdən Rusiya yenidən nüvə ritorikasına başlayıb. Bir müddət əvvəl Qərb dövlətlərinin təzyiqindən sonra nüvə silahından istifadə məsələsi ilə bağlı bəyanatların intensivliyini azaldan Vladimir Putin yenidən kəskin mövqe nümayiş etdirir.
Pressklub.az-ın məlumatına görə, Putin Rusiya Federal Məclisinə müraciətində Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırdığını bəyan edib. Amma o, Rusiyanın START-dan çıxmadığını, sadəcə iştirakını dayandırdığını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl NATO Rusiyanı START-ın şərtlərinə əməl etməməkdə ittiham etmişdi.
O, nüvə sınaqları ilə bağlı qərar da qəbul edib. Rusiya lideri Müdafiə Nazirliyi və “Rosatom”a Rusiyanın nüvə silahlarını sınaqdan keçirməyə hazırlığını təmin etməyi tapşırıb.
Amma Putin yenə də məsuliyyəti ABŞ-ın üzərinə atmağa və Vaşinqtonun nüvə silahının sınağını nəzərdən keçirməsi barədə məlumatlar əldə etdiklərini iddia edib.