Pullu paketlər! Problemi həll etmək mümkün olacaqmı?
06 Fevral 2023
Fevralın 15-dən Azərbaycanda marketlərdə polietilen torbaların artıq pullu (hazırda pulsuzdur) olacağı deyilir. Belə paketlərin pulla satılması ekoloji faktorla əlaqələndirilir.
Polietilen torbalarla bağlı qanunvericilik hələ 2021-ci ilin fevralında dəyişib. Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar verib. Bununla da qalınlığı 15-50 mikron olan polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Qərarda qeyd olunmuşdu ki, bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir. Lakin indiyə kimi bu dəyişikliyə riayət edilmirdi.
BMT-nin məlumatına əsasən, dünyada hər il 13 milyard plastik torba istehsal olunur və hər il okeanlara 8 milyon ton plastik düşür. Bu səbəbdən bir çox ölkələrdə polietilen torbalara və plastik qab-qacaqlara, ümumiyyətlə, qadağa qoyulub, bəzilərində isə ictimai-iaşə obyektlərində polietilen torbalar pulla satılır. Bununla da onların istifadəsini azaltmağa çalışırlar.
İrlandiya, Niderland, Çexiya kimi ölkələrdə polietilen paketlər pulla satılır. Məsələn, Niderlandda belə torbaların qiyməti 0.25 avrosentdir (40 qəpik). Britaniyada torbaların qiyməti 5 pens (10 qəpik) olandan üç il sonra onlardan istifadə iki dəfə azalıb.
Marketlərin birindən AzadlıqRadiosuna bildirilib ki, artıq onlar polietilen torbaları nəzarət-kassa aparatının çeklərində ayrıca məhsul kimi göstərməlidirlər. Bildirildiyinə görə, paketin adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiyməti və yekun məbləğinin təqdim edilməsi ilə bağlı Dövlət Vergi Xidmətindən bildiriş gəlib: "Bildirişdə deyilir ki, əks halda, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq edilə bilər".
Amma marketlərdən, hələlik, polietilen torbaların qiyməti ilə bağlı məlumatlarının olmadıqlarını deyirlər.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də deyilib ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istehlakçıya satılması qadağandır: "…Vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək cərimə edilə bilər".

Qiymətlər…

Cərimələr…