Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prokuror Paşinyanın həbsi üçün tapşırıq verib?

“44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri Baş Hərbi İstintaq İdarəsində dindiriliblər. Hərbi prokuror müstəntiqə Nikol Paşinyanın həbsinə vasitəçilik etmək üçün tədbirlər görməyi tapşırıb”.

Ermənistanın “lurer” xəbər portalı xəbər verir ki, bunu həlak olan hərbçilərin yaxınlarının vəkili Vahan Hovhannisyan bildirib.

“Bir neçə dəqiqə əvvəl bizə məlumat verildi ki, vəsatətimizdə qeyd olunan müvafiq istintaq hərəkətlərinin aparılması üçün Hərbi Prokurorluq tərəfindən Hərbi İstintaq İdarəsinə məktub göndərilib. Həbslə bağlı vəsatətimiz isə məhkəməyə göndərilib. Müstəntiq artıq məktubu alıb və müvafiq istintaq hərəkətlərinin aparılması üçün göndərib”, - deyə vəkil vurğulayıb.

Hovhannisyan əlavə edib ki, müstəntiq dindirilmə və həbsi nəzərdə tutan müvafiq istintaq hərəkətlərinə ehtiyac duyur:

“Valideynlər tələblərinin təmin olunmadığını qeyd edirlər, çünki oğullarının ölümündə yeganə məsul və təqsirkar şəxs Nikol Paşinyandır. Baş nazirin aprelin 13-də verdiyi bəyanatdan sonra belə valideynlər birmənalı olaraq bu qənaətə gəliblər”.

Qeyd edək ki, bu gün Baş Hərbi İstintaq İdarəsinin qarşısında həlak olan hərbçilərin yaxınlarının aksiyası keçirilib.