Logo
news content
User
Kateqoriyalar

Xəbər

Priqojin elan etdi: "Baxmutdan çıxırıq" - VİDEO

“Vaqner” muzdlu hərbi təşkilatı mayın 10-da Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.

Bu barədə qurumun rəhbəri Yevgeni Priqojin deyib.

O, bu barədə müvafiq qərar qəbul olunduğunu və buna səbəb kimi silah-sursat çatışmazlığını göstərib.

Qeyd edək ki, Y.Priqojin daha əvvəl Rusiya Müdafiə Nazirliyini tənqid etmişdi. Müdafiə Nazirliyi ilə “Vaqner” arasında müəyyən fikir ayrılığının olduğu bildirilir.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Vaqner” muzdlu hərbi təşkilatının mayın 10-da Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindən çıxacağına dair qərarını şərh etməkdən imtina edib.

O, bununla bağlı sualı cavabsız qoyub: “Mən bunu şərh edə bilmərəm”.

Peskov “Vaqner”in Baxmutdan çıxacağından xəbərdar olduğunu bildirib.

Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.

[video width="640" height="336" mp4="https://pressklub.az/wp-content/uploads/2023/05/vid_20230505_133210_941.mp4"][/video]