Prezidentin mühafizəçisi öz işinə qaytarılmasını tələb edir - VİDEO
02 İyun 2023
Prezidentin keçmiş mühafizəçisi Ceyhun Cabbar oğlu Həsənzadə iyunun 1-də Bakıda Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirib. O bu yeri tərk etməkdən imtina edərək polisə bildirib ki, öz hüquqlarını bilir və şəhərin bu hissəsində özünü videoya çəkə bilər.
Həsənzadənin sözlərinə görə, o, prezidentin təhlükəsizlik xidmətinin "Beta" dəstəsinin kapitanı olub. Üç il öncə səhhətilə əlaqədar prezidentin təhlükəsizlik xidmətinin rəisi, general Vahid Axundovun əmrilə işdən azad edilib. İkinci qrup əlildir.
"Tələblərimdən sonra ikinci qrup əlillik aldım. Lakin Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsilə əlillik pensiyası ödənilmir. Əlillik pensiyasının ödənilməsilə bağlı iddiamın qismən təmin olunması barədə məhkəmə qərarına baxmayaraq, ödəniş edilmir. Əgər mən sağlamamsa, xidmətə geri qayıtmağımı tələb edirəm".
Həsənzadə Bakı İnşaat Mühəndisliyi Universitetinin məzunudur, ali məktəbi bitirdikdən dərhal sonra mühafizə xidmətinə təyin edilib, ixtisası üzrə işləməyib. 50 yaşında işsiz qalıb, yaşamaq üçün vəsaiti yoxdur. Deyir ki, üç oğlunu və nəvəsini saxlaya bilmir. Fəhlə işləməyə gücü yoxdur. Dövlət qulluğuna qaytarılmasını xahiş edir. Atasının Yeni Azərbaycan Partiyasının rəhbərlərindən biri olmasını nəzərə almağı xahiş edir.-0-
Videoyazı Həsənzadənin tezliklə saxlanılmasının mümkünlüyü barədə xəbərdarlığı ilə yekunlaşır. Bu sözlərdən sonra o, nümayişkaranə şəkildə Prezident Administrasiyasının yanındakı çəmənliyə uzanıb.
2021-ci ildə Həsənzadə prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyubova müraciət edərək onu qəbul edib dinləməsini xahiş edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, Ceyhun Həsənzadənin Prezident Administrasiyasının yanında aksiya keçirməsinə görə saxlanması barədə məlumat yoxdur.
https://www.youtube.com/watch?v=y0UJFmY_h4Y&t=22s