
Prezident və birinci xanım Şuşada açılışlarda iştirak ediblər
09 May 2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonuna səfər ediblər.
Prezident və xanımı səfər çərçivəsindı Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat veriblər.
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Prezidenti və birinci xanım Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində də iştirak ediblər.
Dövlət başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verilib.
Bildirilib ki, Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq.
İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, eləcə də “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak edib.

