Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini təklif edib
02 Mart 2023
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında islahatlara tərəfdardır.
"Uzun illərdir dünyada müzakirə olunan mühüm məsələ Birləşmiş Millətlər Təşkilatı sistemində islahatlardır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası keçmişi xatırladır və müasir reallığı əks etdirmir.
Təhlükəsizlik Şurasının tərkibi oraya daha çox ölkəni daxil etmək və coğrafi baxımdan onu daha ədalətli etmək üçün genişləndirilməlidir", - Əliyev bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammitində çıxış edərkən bildirib.
Onun fikrincə, Təhlükəsizlik Şurasında daimi bir yer Qoşulmama Hərəkatına verilməlidir. Hərəkata sədrlik edən ölkə bu yeri rotasiya əsasında tutmalıdır.
"Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini Birləşmiş Millətlər Təşkilatının profil komitəsinə təqdim etməyə çağırıram.
Bundan əlavə, Afrikaya Təhlükəsizlik Şurasında daimi yer verilməsi ideyasını dəstəkləyirik", - Əliyev deyib.
Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası sisteminin effektivsizliyinə nümunə kimi onun qətnamələrinin icrası zamanı seçiciliyi göstərib.
"Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edilib. Lakin Azərbaycana gəlincə, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxındır ki, məhəl qoyulmayıb", - İlham Əliyev qeyd edib.