Pomidor siyasəti - Rusiyanın inciklik formulu
13 Aprel 2022
Azərbaycanda pomidor ucuzlaşa bilər.
Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidorun Rusiyaya buraxılmaması məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu həcmdə pomidor daxili bazara yönləndirilsə, ucuzlaşma qeydə alınacaq:
“Pomidorların həcmi o qədər də böyük deyil, üstəlik hələ geri qaytarılmayıb, sadəcə sərhəddən keçirilməsinə icazə verilməyib. Ola bilsin ki, sərhəddən buraxsınlar, hazırda danışıqlar gedir.
Bu da Rusiyanın həmişəki davranışıdır. Rusiya hansısa bir məsələdən inciyəndə Azərbaycan məhsullarının ixracında müəyyən çətinliklər yaradır. Nəticə etibarilə, ola bilər ki, Rusiya tərəfinin tələb etdiyi müəyyən sənədlərlə bağlı anlaşmalar olsun və ixrac bərpa olunsun. Amma bərpa olunmasa, məhsulu daxili bazara yönəltmək məcburiyyəti yaranacaq. Bu da daxili bazarda pomidor qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər”.
Əlavə edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli açıqlama verib. O bildirib ki, bu gün Azərbaycanın heç bir müəssisəsindən Rusiyaya alma və ya pomidor ixracına dair bir qadağa yoxdur.