Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşa prezidentindən Putinə mesaj: “Bu müharibə gec-tez sənin üçün pis bitəcək”

Polşa prezidenti Anjey Duda bildirib ki, əgər rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilsəydi, ona Ukraynadakı münaqişənin Moskva üçün xoşagəlməz nəticələri barədə xəbərdarlıq edərdi.

“Vladimir Putinə nə deyərdim? Ona deyərdim ki, gec-tez bu, onun üçün pis bitəcək. Çünki inanıram ki, dünya birləşəcək, dürüstlük və ədalətin tərəfində olacaq. Düzgünlük və ədalət isə Ukrayna tərəfdədir”, - deyə Duda bazar günü Britaniya Yayım Korporasiyasına (BBC) müsahibəsində bəyan edib.

O qeyd edib ki, əgər azad dünya, Qərb ictimaiyyəti, Qərb demokratiyası, NATO və Avropa Birliyi ABŞ ilə birlikdə Ukraynanı dəstəkləyirsə, onda Vladimir Putin gec-tez uduzmalıdır.