Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşa Avropanın ən güclü ordusunu yaradacaq - Rusiya təhlükəsi

Polşa Rusiyanın hərəkətlərinə görə Avropanın ən güclü ordusunu yaratmağı planlaşdırır.

Bu barədə Polşanın “Gazeta Wyborcza” qəzetində dərc olunan məqalədə deyilir.

Polşa Seymində çoxluğa malik “Qanun və ədalət” partiyasının sədri Yaroslav Kaçinski silahlı qüvvələrinin əsgər sayını 300 min nəfərə çatdırmağın zəruriliyini bildirib.

Bundan bir il əvvəl Polşanın müdafiə naziri Mariuş Blaşak müvafiq bəyanatı səsləndirib.

Qeyd edək ki, 2015-ci ildə sözügedən partiya hakimiyyətə gələndə Polşa ordusunun sayı 95 min nəfər olub. Hazırda onun sayı 167 min nəfərə çatır.

Materialda silahlı qüvvələrin sayının artırılması Rusiyanın Ukraynada apardığı müharibə, eləcə də beynəlxalq münasibətlərdə gərginliyin artması ilə izah olunur.

2035-ci ilə qədər Polşa silah tədarükü üçün 117 milyard dollarlıq sifarişlər verib.