“Politico”: Blinken hesab edir ki, Azərbaycan Ermənistana girməyə hazırlaşır
14 Oktyabr 2023
Ötən həftə dövlət katibi Entoni Blinken qanunvericilərdən ibarət kiçik qrupa xəbərdarlıq edib ki, onun idarəsi tezliklə Azərbaycanın Ermənistana girə biləcəyini mümkün sayır. Bu sensasiyalı xəbəri dünən Amerikanın “Politico” nəşri iki konqresmenə istinadən yayıb.
Oktyabrın 3-də telefon danışığı zamanı konqresmenlər Blinkendən Qarabağda hərbi əməliyyata görə Bakıya qarşı mümkün tədbirlərin görülməsini tələb ediblər.
Nəşrin məlumatına görə, Blinken bildirib ki, Dövlət Departamenti ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcək.
O həmçinin bildirib ki, "yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna hücumunu mümkün hesab edir", - nəşr yazır.
Bununla belə, Ermənistanla Azərbaycan arasında davam edən diplomatik danışıqlara əminliyini ifadə edib.
Bildirilir ki, öz ermənipərəst baxışları ilə tanınan Konqres üzvləri Nensi Pelosi, Anna Eş, Frenk Pallone və Konqresin daha iki üzvü söhbətdə iştirak ediblər.
Dövlət Departamenti bu məlumatları şərh etməkdən imtina edib, lakin qurumun "Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə", münaqişənin "birbaşa danışıqlar" yoluyla həllinə sadiq olduğunu qeyd edib.
“Polıtıco” Azərbaycana hərbi yardım göstərilməsini qadağan edən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin yenidən tətbiqi barədə ABŞ-ın qərarını "vacib" adlandırır. 1992-ci ildə tətbiq edilmiş bu düzəliş 2002-ci ildən bəri hər il ləğv edilirdi, lakin indi yenidən qüvvəyə mindi.
Həmçinin nəşr Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyevdən sitat gətirib. O, Azərbaycanın Ermənistan ərazisinə hər hansı iddiasının olmasını rədd edib.
«Azərbaycan hüquqi, tarixi və mənəvi cəhətdən bizim olanı “antiterror” əməliyyatı ilə bərpa edib və ermənilərin ərazilərinə girmək niyyətində deyil", - o əlavə edib. (Turan)