Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polis prezident seçkilərinə etiraz aksiyasının qarşısını alıb




Bazar ertəsi polis “Saxta seçkilərə yox!” şüarı ilə keçirilən razılaşdırılmamış etiraz aksiyasının qarşısını alıb. Aksiyanı Avropadakı azərbaycanlı siyasi mühacir Tural Sadıqlı növbədənkənar prezident seçkilərinə etiraz olaraq təyin edib.

İki gün öncə o, Facebook hesabında aksiyada iştiraka çağıran banner yerləşdirib: "Etiraz mitinqi. Öz haqlarınızı tələb etmək üçün 22 yanvar saat 13:00-da Nərimanov metro stansiyasından McDonalds tərəfə çıxışa doğru gəlin".

Bu gün  ehtimal olunan yerdə polis Sadıqlının valideynlərini saxlayıb və bir saat sonra onları sərbəst buraxıb.

Polis aksiyanın keçiriləcəyi ehtimal olunan yerdən daha bir neçə nəfəri, o cümlədən Azərbaycan Demokratiya və Rifah Partiyasının yaşlı üzvü Ənvər Ağamalıyevi və həbsdə olan fəal Rza Səfərsoyun xanımı Təranə Səfərsoyu uzaqlaşdırıb.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. (Turan)