Polis Novxanıya girişi niyə məhdudlaşdırıb?
31 Yanvar 2022
Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı bu gün, yanvarın 31-i, saat 12 radələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 138-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsini ziyarət ediblər. Amma bu zaman polislə onların arasında mübahisə yaranıb.
Polis koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantini səbəb göstərərək ziyarətin 10 nəfərlik qruplar şəklində mümkün olacağını açıqlayıb. Müsavat başqanı Arif Hacılı isə deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hətta qapalı məkanlarda 150 nəfərlik toy şənliklərinə ötən ildən razılıq verib. Onun deməsinə görə, açıq havada 10 nəfərdən çox ziyarətçinin bir yerdə hərəkət etməsinə məhdudiyyət M.Ə.Rəsulzadəyə münasibətin və müxalifət qüvvələrinin, o cümlədən Müsavat Partiyasının üzvlərinin sayının bilinməsini istəməməyin göstəricisidir. A.Hacılı əlavə edib ki, əslində onlar pandemiyanı nəzərə alaraq ziyarətə az bir tərəfdarla - 50 nəfərlik bir heyətlə gəliblər.
Mübahisəyə baxmayaraq, müsavatçılar polisin ziyarətə 10 nəfərlik qruplarla getmək tələbi ilə razılaşıblar.
Müsavatçılar abidənin önündə M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı çıxışlar da ediblər. (Azadlıq Radiosu)