
PKK silahları təhvil verməyə başlayıb
11 İyul 2025
“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, silahlar İraqın Süleymaniyə şəhərinin Raperin bölgəsində təhvil verilir.
“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməyə başlayan keçmiş PKK terror təşkilatı proses barədə açıqlama yayıb.
“Halk TV” xəbər verir ki, özünə "Sülh və Demokratik Cəmiyyət Qrupu" adını verən terror təşkilatı PKK-nın tərəfdarları bu addımı Abdullah Öcalanın iyunun 19-dakı çağırışı əsasında atdıqlarını bildiriblər.
Alınan silah və sursatlar Milli Kəşfiyyat Təşkilatının nəzarəti altında məhv edilir.