Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkianın oğlu Müctəba Xameneinin yaralanması barədə xəbərləri təkzib edib

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei sağdır.

İSNA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian deyib.

Yusif Pezeşkian bildirib ki, Müctəba Xameneinin xəsarət alması ilə bağlı xəbəri eşidib, onun yaxınları ilə əlaqə saxlayıb.

O qeyd edib ki, Müctəba Xamenei sağ-salamatdır və səhhətində problem yoxdur.

Qeyd edək ki, bundan əvvəl beynəlxalq mətbuatda Ayətullah Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələrində yaralanması ilə bağlı xəbərlər yayılıb.