Pezeşkianın ofisinə və Tehranda digər hökumət obyektlərinə zərbə endirilib
03 Mart 2026
İsrail Müdafiə Ordusu Tehranda hökumət obyektlərinə, İran Prezidenti Məsud Pezeşkianın ofisinə və Ali Milli Təhlükəsizlik Şurasının binasına zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidməti xəbər verir.
"Kompleksə zərbə zamanı prezident administrasiyasının və Ali Milli Təhlükəsizlik Şurasının binalarına çoxlu sayda sursat atılıb", - İsrail Müdafiə Ordusunun bu gün yaydığı məlumatda deyilir.
Bundan başqa, sənəddə təhlükəsizlik sahəsində qərar qəbuluna görə cavabdeh olan ali rəhbərliyin iclaslarının keçirildiyi kompleks, İran zabitlərinin təlim müəssisəsi və digər əsas infrastruktur obyektlərinin vurulduğu qeyd edilir.
"Adıçəkilən kompleks İranda ən çox mühafizə olunan obyektlərdən biridir və Tehranın mərkəzində bir neçə məhəlləni əhatə edir. Rəhbərlik və yüksək rütbəli təhlükəsizlik rəsmiləri orada mütəmadi olaraq müşavirələr keçirirdilər", - məlumatda deyilir.