Pezeşkian dünya çempionatına yollanacaq İran yığmasının düşərgəsində olub
14 May 2026
İran Prezidenti Məsud Pezeşkian futbol üzrə 2026-cı il Dünya Çempionatına (DÇ-2026) yollanacaq yığma komandanın düşərgəsində olub və oyunçulara uğurlar arzulayıb.
Bu barədə SNNTV məlumat yayıb.
"Dua edirik ki, ləyaqətlə qayıdacaqsınız, meydanda İranın şöhrəti üçün bütün gücünüzlə çıxış edin", - Pezeşkian deyib.
Qeyd edək ki, 2026-cı ilin 28 fevralında ABŞ və İsrailin İrana hücumlarından sonra İslam Respublikasının DÇ-2026-ya yollanması sual altına düşüb, çünki mundialın oyunları ABŞ, Kanada və Meksikada təşkil olunacaq. İran komandası G qrupunda Belçika, Misir və Yeni Zelandiya üz-üzə gələcək. G qrupunun oyunlarının isə ABŞ-də keçirilməsi planlaşdırılıb.
Bu səbəbdən İran yığmasının oyunlarının Meksikada keçirilməsi barədə müzakirələr aparılırdı, lakin Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, FIFA 2026-cı il dünya çempionatının qrup mərhələsində İran yığmasının iştirakı ilə keçiriləcək matçları ABŞ-dən Meksikaya köçürməmək qərarına gəlib.
Aprelin 30-da FIFA-nın rəhbəri Canni İnfantino da İran yığmasının oyunlarının ABŞ-də baş tutacağını açıqlayıb.
Bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.