Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezaşkian: "İsrailə cavab zərbəsi hüququmuz var, amma..."

Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır.

Bunu İran Prezidenti Məsud Pezaşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib.

Tərəflər həmçinin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra yaranan regional gərginliyi müzakirə ediblər.

 Londondan farsca yayımlanan "İran İnternational" telekanalı isə iddia edir ki, Məsud Pezeşkian ölkənin ali dini lideri Ayətullah Əli Xameneyini İsrailə qarşı cavab zərbəsini dayandırmağa çağırıb, çünki bu, İranın özü üçün dağıdıcı nəticələrə səbəb ola bilər.

Bildirilib ki, Xameneyi ilə görüşdə Pezeşkian xəbərdarlıq edib ki, İsrailin İranın hücumuna dərhal milli infrastruktur və enerji obyektlərinə hücumlar şəklində cavab vermək qərarı ölkə iqtisadiyyatını iflic vəziyyətinə sala bilər.

Pezeşkian həmçinin, SEPAH (İran İnqilab Keçikçiləri Korpusu) generallarının döyüşkən ritorikaları ilə İranı arzuolunmaz müharibəyə sürükləyə biləcəyindən ehtiyat etdiyini bildirib.

Xameneyi öz nöqteyi-nəzərini bildirmədən prezidentin arqumentlərini dinləyib.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.