Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov Ukraynanı hədələdi: "Hücumun arxasında Kiyev və Vaşinqton durur"

"Kiyev həm hədəfləri, həm də zərbə üçün vasitələri Vaşinqtonun diktəsi ilə seçir".

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 4-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ukrayna PUA-larının Kremlə hücumu araşdırılır: “Biz inanırıq ki, bu işin arxasında Kiyev var. Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür”.

D.Peskovun sözlərinə görə, sözügedən hadisədən sonra Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatının” məqsəd və vəzifələri dəyişməyib: “Biz cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçiririk. Hazırda Kremldə vəziyyət normaldır, hər kəs öz işi ilə məşğuldur. Kremlin təhlükəsizliyi daha da gücləndiriləcək”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.