Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov: “Taxıl sazişinin uzadılması üçün perspektiv yoxdur”

“Taxıl sazişinin Rusiyaya aid hissəsi icra olunmayıb, ona görə də onun uzadılması üçün faktiki olaraq heç bir perspektiv və əsas yoxdur”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli jurnalistlərə müsahibəsində bildirib.

“Hər hansı bir son qərarı proqnozlaşdırmaq mümkün deyil, ancaq de-fakto vəziyyətimizə görə mühakimə etsək, şans yoxdur”, - deyə D. Peskov bildirib.

Eyni zamanda, D.Peskov əlavə edib ki, Rusiya taxıl müqaviləsini dəfələrlə uzatdıb və bununla da xoş niyyət nümayiş etdirib.

“Buna baxmayaraq, bizə vəd edilən şərtlərə əməl edilməyib”, - D.Peskov təkrar vurğulayıb.