Peskov: Ermənistan Aİİ-ni tərk edərsə, güzəştli qiymətə qaz olmayacaq
26 May 2026
Ermənistan Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etmək qərarına gələrsə, həmin ölkə üçün qazın güzəştli qiyməti bazar əsasında formalaşmağa başlaya bilər.
Bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Biz Ermənistan rəhbərliyinin Rusiya qazına və enerji daşıyıcılarına çox cəlbedici, güzəştlidən də artıq bir qiymətin mövcud olması barədə bəyanatlarını eşitmişik. Belə bir rejim digər inteqrasiyaların iştirakçıları üçün qeyri-mümkündür - bu, əlbəttə ki, Avropa İttifaqıdır. Orada artıq qiymətlərin kateqoriyası tamamilə fərqlidir - bazar qiymətinədir. Bu, İrəvandakı dostlarımıza çox yaxşı məlumdur", - o deyib.