Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqondan rəsmi etiraf: Ukraynaya kəşfiyyat məlumatları ötürürük

Pentaqon ilk dəfə olaraq Donbassdakı əməliyyat üçün Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb.

Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Senatın Silahlı Qüvvələr Komitəsinin qarşısında çıxış edərkən söyləyib.

Biz onlara (Ukraynanı nəzərdə tutur-red) Donbassda əməliyyatlar aparmaq üçün kəşfiyyat məlumatları təqdim etmişik, bu, doğrudur”, – deyə ABŞ müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Ağ Ev bu ayın əvvəlində bəyan etmişdi ki, ABŞ Rusiyanın planları və hərəkətləri ilə bağlı Ukraynaya əhəmiyyətli miqdarda ətraflı və vaxtında kəşfiyyat məlumatı göndərib.