Pentaqon: Rusiya ordusu Putinin planından 2 həftə geri qalır
11 May 2022
“Rusiyanın Ukraynanın şərqinə və cənubuna hücumu Rusiya prezidenti Vladimir Putinin planlarına uyğun getmir. Putin qarşısına qoyduğu əsas məqsədlərindən heç birinə nail ola bilməyib və onun ordusu qrafikdən iki həftə geri qalıb”.
Bunu ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi brifinq bildirib.
O, qeyd edib ki, Putin qüvvələr toplamaqda və eyni zamanda itkilər verməkdə davam edir:
“Rusiya ordusunun hərbi imkanları tükənir. Mariupol hələ də tutulmayıb. “Azovstal”ın müqaviməti davam edir. Pentaqonun qiymətləndirməsinə görə, vəziyyətin necə inkişaf edəcəyi bəlli deyil. Biz Putinin hər hansı strateji hədəfinin nə qədər dəyişdiyini başa düşmürük. Bilmirik, o, sadəcə Donbasa nəzarət etmək və qələbəni elan etmək istəyir. Putinin planlarına tam inamımız yoxdur”, - deyə Pentaqon rəsmisi əlavə edib.