Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pelosi “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsinin tərəfdarıdır

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi “F-16” qırıcı-bombardmançı təyyarələrinin Ukraynaya verilməsinin tərəfdarı olduğunu bildirib.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Pelosi qeyd edib ki, 2022-ci il ərzində ABŞ qanunvericiləri ardıcıl olaraq Ukraynanın hərbi dəstək tələblərini yerinə yetirmək üçün çalışıblar:

“İndi biz “F-16”nın göndərilməsinə nail olmaq istəyirik. Mən bunu tam dəstəkləyirəm və ümid edirəm ki, həyata keçiriləcək. Hələ qərar verilməyib, lakin bu məsələ birinci dərəcəli əhəmiyyət kəsb edir”.

Konqresmen hesab edir ki, artıq ukraynalı pilotlar “F-16”dan istifadə etmək üçün təlimə başlamalıdırlar.