Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Pələng” ləqəbli azərbaycanlı hərbçi Soledarda iki tankı sıradan çıxardı - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Dnepropetrovsk vilayəti müntəzəm olaraq raket hücumuna məruz qalır. Buna səbəb ərazinin strateji əhəmiyyətidir.

Həmçinin qeyd edilib ki, Donetsk vilayətinin Baxmut rayonunun Soledar şəhəri uğrunda ağır döyüşlər gedir.

Məlumata görə, “Pələng” ləqəbli azərbaycanlı hərbçinin mina düzməsi nəticəsində Soledarda iki Rusiya tankı ekipajı ilə birlikdə sıradan çıxıb.