Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paylan daha deputat olmayacaq

Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Karo Paylan növbəti parlament seçkilərinə qatılmayacaq.

O, bu barədə tviter hesabında paylaşım edib.

Paylan bildirib ki, eyni şəxs iki dəfədən artıq deputatlığa namizədliyini irəli sürə bilməz:

"Bu, Xalqların Demokratik Partiyasının nizamnaməsinə əsasən, belədir".

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək.