Logo
news content
User
Kateqoriyalar

Xəbər

Patriarx Varfolomey: “Rus Pravoslav kilsəsi Ukraynadakı cinayətlərə görə məsuliyyət daşıyır”

“Rus Pravoslav Kilsəsinin rəhbərliyi Ukraynaya qarşı müharibəyə görə məsuliyyət daşıyır”.


Pressklub.az Reuters-ə istinadən xəbər verir ki, bu sözləri Konstantinopol Patriarxı Varfolomey deyib.


2019-cu ildə Ukrayna Pravoslav Kilsəsinin yaradılmasını dəstəkləyən, bununla da Moskvanı narazı salan Varfolomey deyib ki, Rusiya hakimiyyəti kilsədən “strateji məqsədlərinə çatmaq üçün alət” kimi istifadə edir.


Patriarx Litva parlamentində keçirilən konfransda çıxış edərək deyib: “Rusiya kilsəsinin və dövlətinin rəhbərliyi cinayətkar təcavüzün həyata keçirilməsi işində əməkdaşlıq edib və törədilmiş cinayətlərə, xüsusən də ukraynalı uşaqların şok edici oğurlanmasına görə məsuliyyəti bölüşürlər”.