Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan və Putin nədn danışacaqlar?

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 19-da baş tutacaq görüşün gündəliyi açıqlanıb.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə razılaşmaların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Dövlət başçıları Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparmağı planlaşdırırlar.