Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Türkiyə ilə əməkdaşlıq perspektivlərindən danışıb

"Ermənistan Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır".

Pressklub.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ümid edirik ki, ümumi sərhədimizi tam açacağıq... Bu istiqamətdə bir neçə kiçik, lakin ümidverici addımlar var. Məsələn, hava yüklərinin daşınmasına başlanılması və üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsi”, - Ermənistan KİV-i Paşinyanın sözlərini sitat gətirib.

Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 2022-ci ildə Praqada keçirilən və münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə etdikləri görüşü də xatırladıb. O, həmçinin İrəvanın Türkiyədə baş verən zəlzələləyə reaksiyası barədə məlumat verib və qeyd edib ki, humanitar yardım karvanları Türkiyəyə 30 il bağlı qalan quru sərhədindən keçərək göndərilib.

Paşinyan xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərini də qeyd edib.