Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Rusiya sərhədçilərinə vaxt qoydu - Avqusta qədər

Ermənistanın baş naziri Nikol Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda "Zvartnots" aeroportunu tərk edəcəyini bəyan edib.

TASS xəbər verir ki, N.Paşinyanın sözlərinə görə, bu siyasi deyil, işgüzar prosesdir.

"Biz Rusiya tərəfini qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən "Zvartnots" aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq", - N.Paşinyan deyib.

Qeyd edək ki, Rusiya Ermənistandan sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.

“Moskva İrəvandan Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında işini dayandırması barədə rəsmi bildirişi alıb”, - Kreml nümayəndəsi söyləyib.