Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Putinə zəng edib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktybar 2022-ci il tarixli üçtərəfli bəyanatların icrası, o cümlədən regional nəqliyat xətlərinin açılması müzakirə edilib.

N.Paşinyan və V.Putin Laçın yolundakı durum barədə də danışıblar.