Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Praqada Azərbaycanı Qarabağda etnik təmizləməyə hazırlıqda ittiham edib

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyaya rəsmi səfərə gəlib.

Paşinyan Çexiyanın baş naziri Petr Fiala ilə keçirdiyi brifinqdə Azərbaycanı razılaşmaları pozmaqda və “Qarabağda və Laçın dəhlizində güc tətbiqi siyasətinin davam etdirilməsində” ittiham edib.

O, Dağlıq Qarabağ sakinlərinin “blokadaya” alındığını, bölgəyə qaz və elektrik enerjisinin verilişinin Azərbaycan tərəfdən dayandırıldığını bəyan edib.

“Hesab edirik ki, beynəlxalq ictimaiyyət bunlara  qiymət verməlidir, xüsusən ona görə ki,  Azərbaycanın yuxarıdakı hərəkətlərlə Dağlıq Qarabağda etnik təmizləmə hazırlayır.

Biz Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsini zəruri hesab edirik”, - Paşinyan bildirib.

Öz növbəsində, Çexiyanın baş naziri Fiala Laçın dəhlizinin “blokadasını”qəbuledilməz bəyan edib

“Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və müzakirələrə gəlincə, biz bütün tərəflər üçün məqbul olacaq sülh müqaviləsinin imzalanmasına önəm veririk”, - Fiala deyib.