
Paşinyan növbədənkənar parlament seçkiləri ehtimalını rədd etdi
08 May 2025
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılmır.
TASS xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Biz növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyilik. Hökumət planlı rejimdə işləyir", - o, jurnalistlərlə söhbətində qeyd edib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına planlaşdırılıb.