Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan müxalifətə hücuma keçib - Yüzlərlə saxlanılan var

Ermənistanda müxalifət bu gün səhər saatlarından etibarən paytaxt İrəvanın küçələrini bloklamağa başlayıb.

TASS xəbər verir ki, polis aksiyanın qarşısını almağa, yolları açmağa çalışır. Həbslər həyata keçirilir. Aksiyalar zamanı saxlanılanların sayı 414 nəfərə çatıb.

Serj Sarkisyanın rəhbəri olduğu Respubika Partiyasının sədr müavini Armen Aşotyan, keçmiş deputat Naira Zöhrabyan, Robert Koçaryanın oğlu Levon Koçaryan və digərlərinin polis tərəfindən saxlanıldığı məlumat verilir.