Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: II Qaregin getməlidir, o, kilsəyə zərər verir

Ktriç Nersisyanın (bütün ermənilərin katolikosu II Qaregin) fəaliyyəti Erməni Apostol Kilsəsinə zərər verir.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

"Mən onunla dəfələrlə ünsiyyətdə olmuşam və bu görüşlərdən gəldiyim təəssüratlar onun Eçmiədzində mövcudluğunun Erməni Apostol Kilsəsinə ziyan vurması qənaətinə gəlməyimə səbəb olub. Proses başlayıb və o, oradan getməlidir", - baş nazir qeyd edib.

Onun sözlərinə görə, kilsə ətrafındakı səs-küy sağlamlaşdırıcı xarakter daşıyır.