Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: "Heş kimə qarşı ərazi iddiamız yoxdur"

"Ermənistanın qonşu ölkələrə nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq".

Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Ermənistanın belə bir iddiası yoxdur və bunu planlaşdırmır", - Paşinyan qeyd edib.

Paşinyan onu da bildirib ki, Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər.

Onun sözlərinə görə, beynəlxalq vəziyyət regiona birbaşa təsir edir: “Regionumuzda təhlükəsizlik və sabitlik sistemləri deformasiyaya uğrayıb. Bu o deməkdir ki, biz əlavə çağırışlarla üzləşmişik”.

Baş nazir bildirib ki, ölkənin qarşısında duran əsas vəzifə deformasiya nəticəsində yaranan riskləri idarə etməkdir: “Bunun üçün isə hərtərəfli sülhə ehtiyac var. Sülhə nail olmaq mümkündür. Amma buna görə siyasi iradə və məqsədə çatmaq üçün aydın parametrlər lazımdır”.

Paşinya vurğulayıb ki, hakimiyyətin sülhə nail olmaq üçün siyasi iradəsi var.