Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Bu gün Ermənistan və Azərbaycan iqtisadi münasibətlər qurur

Bu gün Ermənistan və Azərbaycan Gürcüstanın köməyi və dəstəyi ilə iqtisadi münasibətlər və əlaqələr qurur.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə birgə mətbuata açıqlamasında deyib.

O, Kobaxidzeyə Ermənistanla Azərbaycan arasında sülh prosesinə göstərdiyi şəxsi dəstəyinə görə təşəkkürünü bildirib.

"Hiss etdiyimiz və gördüyümüz dəstəyə görə sizə təşəkkür edirəm. Bu həqiqətən də təqdirəlayiqdir və sizə dəyərli töhfəyə görə səmimi minnətdarlığımızı bildiririk", - Paşinyan əlavə edib.