Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: "Azərbaycanla sülh müqaviləsi imzalamağa və məsuliyyətini daşımağa hazıram"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı açıqlama verib.

Pressklub.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlı olduğunu bildirib.

O, eyni zamanda bunun Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalı olduğunu deyib: "Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.

N.Paşinyan söyləyib ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.