Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pakistanın baş nazir postuna yeganə namizəd: 70 yaşlı Şərif

Pakistanda müxalifət partiyaları baş nazir postuna Pakistan Müsəlman Liqasının (Nəvaz fraksiyası) lideri Şahbaz Şərifin namizədliyini irəli sürüb.

Bu barədə bazar günü Pakistanın "ARY News" xəbər portalı məlumat yayıb.

Milli Assambleyada (parlamentin aşağı palatası) yeni hökumət başçısının namizədliyi ilə bağlı səsvermə bazar ertəsi yerli vaxtla saat 14:00-a təyin edilib.

Hökumət başçısı vəzifəsinə namizədlərin irəli sürülməsi üçün sənədlərin qəbulu hələ də davam edir.

Lakin yerli müşahidəçilərin fikrincə, çox güman ki, üç dəfə Pakistanın baş naziri olmuş Navaz Şərifin kiçik qardaşı 70 yaşlı Şərif yeganə namizəd olacaq.