Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Şiddətli döyüşlər gedir

Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəfləri vurur və Bisadakı “BrahMos” raket anbarının məhv edildiyi bildirilir.

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar bildirib ki, ölkənin Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və Hindistan ərazisinə cavab zərbələri endirir.

Nazir bildirib ki, beynəlxalq ictimaiyyət Hindistanın səhvlərinin ciddiliyini dərk etməsində öz rolunu oynamalıdır. O, Yeni Dehlinin son iki gündəki hərəkətlərini pisləyib: “Hindistanın təxribatlarını davam etdirməsini gözləyə bilmərik”.

Pakistan ordusu isə bildirib ki, ölkəyə qarşı hücumlarda iştirak edən Hindistanın hərbi obyektlərinə raket zərbələri endirilir.

Pakistan hökuməti öz növbəsində hücumlarla bağlı bəyanat yayaraq vurğulayıb ki, İslamabad Hindistanın təcavüzünə ləyaqətlə cavab verib: “Bu əməliyyat torpağımıza, xalqımıza və suverenliyimizə qəsd olan Hindistanın ilk hücumuna cavab olaraq həyata keçirilir”.

Bundan əvvəl Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb.