Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özbəkistan prezident seçkisi kampaniyasına start verdi

Özbəkistan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisi ilə bağlı seçki kampaniyasına başlamaq barədə qərar qəbul edib.

MSK sədri Zayniddin Nizamxocayev bu barədə Mərkəzi Seçki Komissiyasının “YouTube” platformasında yayımlanan iclasında bildirib.

Respublikada ölkə başçısının sərəncamına uyğun olaraq növbədənkənar prezident seçkisi iyulun 9-da keçiriləcək.