Ötür-ötür oyunu: İndi də İrəvan sülh təkliflərini Bakıya təqdim etdi
16 Fevral 2023
Azərbaycan və Ermənistan arasında imzalanacağı nəzərdə tutulan sülh müqaviləsinin mətni üzərində gərgin proses davam edir. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan tərəfi təkliflərini Ermənistana təqdim edib. İndi isə rəsmi İrəvan mətni Bakıya geri qaytarıb.
Pressklub.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan hökumətin iclasında sülh müqaviləsindən danışıb: “Dünən Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişi üzrə işin növbəti mərhələsi başa çatdırılıb”.
Onun sözlərinə görə, Ermənistan bu təklifləri Azərbaycana təqdim edib.