Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ordumuzun hərbçisi qar uçqununa düşərək həlak olub

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Savalan Hüseynov qar uçqununa düşərək həlak olub.

Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumatı təsdiqləyib.

"Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır", - nazirlikdən bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.