Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ordumuzun əsgəri intihar edib

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib.

Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Belə ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tağıyev Ramal İsrafil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hərbi Prokurorluqdan bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.