Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ordumuz Laçın yolunda hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb

Azərbaycan Ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb.

Bu barədə Pressklub.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb", - nazirlikdən bildirilib.