“Onlar icra hakimiyyətlərinin diktəsi ilə işləyirdilər” - Ekspert
20 Dekabr 2021
“Bu qərar onsuz da verilməli idi. Bununla idarəetmənin yeni forması müəyyən edildi. Yeni qərarı idarəetmənin təkmilləşdirilməsi istiqamətindəki islahatların tərkib hissəsi kimi qiymətləndirirəm”. Bu sözləri Pressklub.az-a təhsil eksperti İlqar Orucov rayon təhsil şöbələrinin ləğv edilməsi barədə sərəncamı şərh edərkən deyib.
O, bildirib ki, rayon təhsil şöbələrinin fəaliyyəti son zamanlar özünü doğrultmurdu:
“Əlavə işçilərin cəlb edilməsi, ştat cədvəlinin geniş olması onların fəaliyyətinin düzgün qurulmadığının əyani sübutu idi. Həmçinin də onların əksəriyyəti icra hakimiyyətlərinin diktəsi ilə işləyirdilər. Artıq regional təhsil idarələri yarandığı üçün icra başçılarının onlarla əlaqəsi qalmayacaq və bu imkan verəcək ki, təhsil sahəsində səmərəli idarəetmə yaradılsın”.
Qeyd edək ki, ölkə başçısının 20 dekabr 2021-ci il tarixli sərəncamı ilə rayon təhsil şöbələri ləğv edilərək, Təhsil Nazirliyin tabeliyində Abşeron – Xızı Regional Təhsil İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, Qazax – Tovuz Regional Təhsil İdarəsi, Quba – Xaçmaz Regional Təhsil İdarəsi, Lənkəran – Astara Regional Təhsil İdarəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mil – Muğan Regional Təhsil İdarəsi, Şəki – Zaqatala Regional Təhsil İdarəsi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Şirvan – Salyan Regional Təhsil İdarəsi yaradılıb.