Logo
news content
User
Kateqoriyalar

Xəbər

Onlar dünyanı asta-asta məhv edirlər...

Qlobal karbon emissiyasının yarısından çoxu Çin, ABŞ və Hindistanın payına düşür.

Qlobal Karbon Layihəsinin (GCP) məlumatlarına görə, 2020-ci ildə dünya üzrə ümumi karbon emissiyası 34 milyard 810 milyon ton olduğu halda, bu emissiyanın 51,1%-i Çin, ABŞ və Hindistan tərəfindən icra olunub.

İqlim siyasətini qiymətləndirən ekspertlər, hər üç ölkənin sıfır karbon hədəflərinə çatmaq üçün daha qətiyyətli addımlar atması lazım olduğunu qeyd edirlər.

Alimlərin sözlərinə görə, məhz karbon emissiyası qlobal istiləşmənin sürətlənməsində mühüm rol oynayır. Bu isə öz növbəsində təbii fəlakətlərin daha iri miqyasda və tez-tez baş verməsini, hətta bəzi skeptiklərin dedikləri kimi, dünyanın sonunun daha tez gəlməsini şərtləndirir.